adalet.az header logo
  • Bakı 19°C
09 Avqust 2020 12:00
16191
GÜNDƏM
A- A+

Taktiki təlimlərin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib - VİDEO

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, təlimin bu mərhələsində xüsusi təyinatlılar helikopterlərlə müəyyən edilmiş ərazilərə çatdırılma, müxtəlif relyefli ərazilərdən gizli keçməklə vacib strateji və hərbi obyektlərə basqın etmə, həmçinin əlverişli mövqelərin tutulması üzrə təlim-döyüş fəaliyyətlərini məşq ediblər.