adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Avqust 2020 10:46
21579
DÜNYA
A- A+

Tramp pandemiya zamanı amerikalıları dəstəkləmək üçün bir sıra fərmanlar imzalayıb

ABŞ prezidenti Donald Tramp koronavirus pandemiyasının amerikalılara iqtisadi təsirinin azaldılması məqsədi ilə fərman imzalayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə D.Tramp Nyu-Cersi ştatında jurnalistlər üçün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu fərman amerikalılara pandemiyanın nəticələrini daha inamla aradan qaldırmağa imkan verəcək. İşsizlər həftədə 400 dollar müavinət almağa davam edəcəklər: "İldə 100 min dollardan az qazananlar üçün əmək haqqı vergisi ilə bağlı vergi tətilləri elan edirəm".