adalet.az header logo
  • Bakı 20°C
09 Avqust 2020 10:22
50825
KRİMİNAL
A- A+

Tovuzda bıçaqlanan qadın xəstəxanada ölüb

Avqustun 8-də saat 15 radələrində, Tovuz rayon sakini Rəqsanə Məmmədovanın bıçaqlanması nəticəsində aldığı xəsartlərdən xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Tovuz Rayon Prokurorluğundan Adalet.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İlkin istintaqla hadisənin zərəçəkmiş şəxsin əri Malik Məmmədalıyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Malik Məmmədalıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.