adalet.az header logo
  • Bakı 20°C
08 Avqust 2020 14:58
21868
DÜNYA
A- A+

Vitse-prezident: Türkiyə ciddi ziyan dəymiş Beyrut limanını bərpa etməyə hazırdır

Türkiyə Livanda baş vermiş partlayışdan sonra ciddi ziyan dəymiş Beyrut limanını bərpa etməyə hazırdır.

Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

O bildirib ki, hazırda Beyrutda türkiyəli axtarış-xilasetmə qrupları işləyir və bu günədək Türkiyə 400 ton ərzaq yardımı yollayıb:

"Türkiyə ciddi ziyan dəymiş limanı və ətraf tikililəri bərpa etməyə hazırdır. Biz prezident Mişel Aunla görüşümüz zamanı bildirmişik ki, Livan Beyrut limanı bərpa olunanadək Mersin limanından istifadə edə bilər".

Vitse-prezident əlavə edib ki, zərurət yaranacağı təqdirdə yaralılar müalicə üçün Türkiyəyə gətirilə bilər.