adalet.az header logo
  • Bakı 16°C
08 Avqust 2020 13:29
22065
DÜNYA
A- A+

Livanda partlayış nəticəsində 60-dan çox şəxs itkin düşüb

Livanın paytaxtı Beyrutda bir neçə gün əvvəl baş vermiş partlayış nəticəsində 60-dan çox şəxs itkin düşüb.

Adalet.az-ın məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edək ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 154 nəfərə çatıb. Onlardan 25 nəfərinin şəxsiyyəti müəyyənləşdirilə bilməyib.

Partlayışa 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) saxlanılan anbarda qaynaq işləri zamanı baş verən yanğın səbəb olub.