adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Avqust 2020 11:45
29518
GÜNDƏM
A- A+

Qərargaha suallar - Əzizə İsmayılova yazır

1.Açıq havada idman oyunlarına icazə var deyirsiniz, qərar isə 5 nəfərdən çox adamın toplaşmasını qadağan edir. Bunu necə başa düşək? Əgəricazə verilursə, niyə dəniz kənarında oynamağa icazə verilmir.?

2.Keçən dəfə Ülvi müəllim dedi ki, "çimərliklərə getməkdə hamı sərbətdir. Hamı istədiyi çimərliyə gedə bilər. O zaman niyə polislər çimərlikləri boşaldırlar və bildirirlər ki, "bizə belə tapşırıblar". Burda çimmək olmaz.

3.Açıq idman oyunlarına icazə verildiyi halda niyə açıq havada, dəniz kənarında kafe-restoranların açılmasına icazə verilmədi.? Hər stol arxasında onsuz maksimum 4 adam oturur.

4. Rayonlara gediş-gəliş olmaz- deyirsiniz, amma xüsusi sprinter avtobus və xüsusi taksilər işləyir istənilən rayona. 30-40 manatdan kim istəsə gedir də, gəlir də. Heç bir postda onlara "gözün üstə sərt karantin var" deyən yoxdur. Qanunu pozmaq istəməyənlərə tövsiyyəniz necədir? Reallıqlarla qanunlarımızın üst-üstə düşməsi üçün nə etməyi düşünürsünüz?

5. Əgər ərzaq mağazalarında insanlar üst-üstədirsə, niyə iri ticarət mərkəzləri açıla bilməz hansısa tələblər çərçivəsində?

6 Demək olar ki, hamı işə çıxır və metro bağlıdır. Avtobuslarda yaşanan dözümsüz bashabasların həlli yolunu nədə görürsünüz?

7. Açıq havada idman oyunları olar, bəs niyə 3-5 nəfərlə müəllim dərs keçə bilməz?