adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Avqust 2020 10:30
61955
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: Nə gözəl..

Ayağını şeh öpürsə
nə gözəl!..
Yanağını meh öpürsə -
nə gözəl!..

Saçlarına külək daraq
Qələminə ürək varaq ...
Dilinə Yar sözü yaraq -
nə gözəl!..

Baxışına Günəş çəpər
Olub, alıb səndən təpər,
Baxışından o nur səpər -
nə gözəl!..

Varlığına səcdə varsa,
Səcdəgah Allah, həm yarsa...
Məni bu sevgi aparsa -
nə gözəl!..