adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Avqust 2020 22:22
13653
GÜNDƏM
A- A+

Deputatlar yaralı hərbçilərimizin ailələri ilə görüşdü - Foto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, millət vəkili Məşhur Məmmədov, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının rəhbəri Səkinə Babayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova iyulun 12-də Tovuz rayonu istiqamətində işğalçı Ermənistanın törətdiyi təxribatlar zamanı yaralanan hərbçilərimiz Mahəddin Zeynalov, Rauf Musayev və Kənan Mənsurovun ailə üzvləri ilə görüşüb.

Adalet.az xəbər verir ki, görüş zamanı xalqımızın vətənin qəhrəman oğulları ilə fəxr etdiyi diqqətə çatdırılıb. Bir neçə gün öncə hərbçilərimizin müalicə aldığı hospitalı ziyarət edərək onların vəziyyəti ilə maraqlandığını deyən millət vəkili Qənirə Paşayeva bundan sonra da müalicələrinin yüksək səviyyədə davam edəcəyini bildirib.

Millət vəkilləri və QHT sədrləri həmçinin hərbçilərimizin ailə üzvlərinin qayğıları ilə də maraqlanıblar. Ailələrin problemlərinin həlli istiqamətində aidiyyəti qurumlara müraciət edən deputatlar bundan sonra da dəstək olacaqlarını qeyd ediblər.