adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Avqust 2020 18:08
20553
HADİSƏ
A- A+

Sosial şəbəkədə məşhurlaşmaq üçün qonşusunu öldürüb videoya çəkdi

ABŞ-da 18 yaşlı bloqer "TikTok” sosial şəbəkəsində şöhrət qazanmaq üçün qonşusunu öldürməkdə ittiham olunur.

Bu barədə "Fox News” xəbər yayıb.

Nyu-Cersidən olan gənc Zak Letem və həyat yoldaşı Sara qonşuları ilə dava videoçarxını çəkiblər. Darem ailəsi ilə gənc cütlük arasında çox yüksək musiqi səsinə görə münaqişələr olub.

Belə münaqişələrdən biri faciə ilə nəticələnib. Həmin gün Daremlər Zak və Saranın evinə gəlib və onlarla mübahisə etməyə başlayıblar. Mübahisə nəticəsində Zak Uilyam Daremə hücum edib, onu elektroşoker və bıçaqla vurub. Daha sonra hər şeyi kameraya çəkməkdə davam edib.

Yaralı kişi xəstəxanaya yerləşdirilib, həkimlərin müdaxiləsinə rəğmən onun həyatını xilas etmək mümkün olmayıb.

Zərərçəkənlərin vəkilləri əmindir ki, yeniyetmə sosial şəbəkədə görüntüləri yaymaq və məşhur olmaq üçün kişini qəsdən öldürüb.

Məhkəmə prosesi 2021-ci ilin may ayına təyin edilib. Ovaxt qədər isə Zak sərbəst qalacaq və videolarını çəkməkdə davam edəcək.