AQİL ABBAS: BƏLKƏSİZ, QAYTARMAYACAQLAR...

AQİL ABBAS
472384 | 2020-08-08 10:12

İqtidarı sevməyə bilərsən və heç sevməkməcburiyyətində də deyilsən.Dünyada elə bir ölkə yoxdur ki, orda iqtidarıhamı sevsin. Hətta dünyanın ən xoşbəxtölkəsi olan İsveçdə belə. Orda da iqtidardan inciyənlər var,sevməyənlər var və müxalifət var.Və iqtidarı taxtdan salmaq və özləri iqtidara gəlməküçün də bütün sivil yollarla mübarizə aparırlar.

Bəli, iqtidarı sevməyəbilərsən. Amma dövlətini vəxalqını sevmək necə deyərlər, imandandı.İqtidar hamımızın olmasa da, dövlətvə xalq hamımızındı. Müharibələrdə də şəhidolanlar iqtidarların yolunda yox, dövlətin və xalqınyolunda şəhid olurlar.

Buyur, iqtidarı sevmə. Kim sənə nə deyəcək? Bəs, bu xalq, budövlət? Axı bu xalq, bu dövlət də sənindir,bizimdir.

Üç cüt, bir tək üzvü olan Milli Şuranın saytlarda və sosial şəbəkələrdəbir videokonfransını paylaşıblar.Düzdür, konfrans deyəndə bir az yekə çıxır. Bunlar vaxtilə ölkənin üzdə olanziyalıları sayılıblar.İqtidar haqqında difiramb oxuyublar,kitablar yazıblar. İqtidarın hesabınayazdıqları o kitablar dünyanın bütün dillərinə tərcümə olunub. Cəmil müəllimin əsərləri hətta gedib bugün sığındığı Amerikada çap olunub.

Amma indi iqtidardan daydünyanın elə bir institutu, konqresmeni, prezidenti, dövləti yoxdu ki, şikayət etməsinlər. Şikayətləri ilə bərabər həmdə yalvarırlar ki, Azərbaycan iqtidarına hərvasitə ilə təzyiq göstərin.Yaxşı, bunu da qoyduq bir kənara. Amma…

COVİD-19 dünyanı bir il geri atıb. Bütün ölkələrdə insanlar bir tərəfdən bu xəstəlikdən əziyyət çəkir, dünyasını dəyişir, iqtisadiyyat da bir tərəfdən.Təbii ki, Azərbaycan da bundanqaça bilməz. İqtidar bütün gücünü birləşdirib, xalqı bu bəladan xilas etmək üçün mübarizə aparır. Hətta iqtisadiyyatın zəiflədiyi bir zamanda 3,5 milyard manata yaxınvəsait də ayırıb bu məqsəd üçün.

Amma Milli Şuranın üzvlərigörün nələr arzulayırlar bu xalq üçün? Xəstəliyin daha da çox yayılmasını,insanların daha çox əziyyət çəkməsini,qırılmasını, dövlətin və xalqınkasıblamasını və nəticədə xalqın küçələrətökülüb üsyan eləməsini və sair vəilaxır. Saytımızda həmin videoçarxolduğu üçün daha ətraflı yazmıram, buyurub saytda baxa bilərsiz.

Özü də bu məsələdə baltanıkökündən vuran, xalqa qarğış eləyən və vaxtilə iqtidarın ən irləlidə gedən sözçülərindənolan Gültəkin Hacıbəylidi.

Cəmil müəllimin də, Gültəkinxanımın da sevgisi heç demə bura qədərmiş, bir mandata qədər.

Unutmayın ki, Ulu Öndər Heydər Əliyevdüz 25 il bundan əvvəl birdəfəlik bir məsələyə nöqtə qoydu ki, bir daha Azərbaycandaheç bir üsyanla, heç bir inqilabla vəsilah gücüylə kimsə hakimiyyətə gələ bilməz. Hakimiyyətin mənbəyi xalqdır. Buyur, xalqın etimadınıqazan, seçki ilə gəl hakimiyyətə.

Bizim radikal müxalifət dəxalqın etimadını qazanmaq əvəzinə, hər dəfəbelə çıxışları ilə xalqın gözündən biraz da düşürlər.

P.S. Və belələri üçün Mirzə Cəlilin «Bəlkə də qaytardılar»hekayəsini dərc edirik və bəlkə oxudular.


TƏQVİM / ARXİV