adalet.az header logo
  • Bakı 7°C
07 Avqust 2020 15:58
16950
HADİSƏ
A- A+

Kürdə batan şəxsin meyiti tapıldı - YENİLƏNİB

Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlunun axtarışları başa çatıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

X.Salayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

13:41

Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində birnəfər batıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.