adalet.az header logo
  • Bakı 7°C
07 Avqust 2020 15:45
34015
SİYASƏT
A- A+

Komitə: Xaricdə azərbaycanlılara qarşı təxribat törədən ermənilərdən həbs edilənlər var

Xarici ölkələrdə azərbaycanlılara qarşı təxribat törədən ermənilərdən həbs edilənlər var.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, aksiyalar zamanı azərbaycanlılara qarşı təxribatlar törədən ermənilərin cinayətə cəlb olunması məsələləri ilə bağlı Azərbaycan Respublikasının həmin ölkələrdəki diplomatik missiyaları (Belçika, ABŞ) bilavasitə məşğul olur. Müvafiq olaraq məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olununub. İnsident olan olan ölkələrdə erməni təxribatçılarından həbs edilənlərin olduğu barədə də məlumat var:

"Komitə aksiyada zərərçəkmiş diaspor nümayəndələri ilə mütəmadi əlaqədədir. O cümlədən diaspor təşkilatları da hüquq mühafizə orqanlarına və digər müvafiq qrumlara baş vermiş hadisələrlə bağlı öz fikirlərini bildirib".