adalet.az header logo
  • Bakı 7°C
07 Avqust 2020 14:51
31929
DÜNYA
A- A+

Lukaşenkonun sualları cavabsız qalacaq

Belarusiyada qaynar nöqtələrdə törətdikləri vəhşilikləri ilə ad çıxarmış Rusiyanın "Vaqner" terror qrupunun 33 muzdlu yaraqlısının həbs olunması geniş müzakirə olunmaqdadı. Prezident Lukaşenko bu günlərdə xalqa müraciətində ayrı -ayrı vaxtlarda, ümumilikdə 200-ə yaxın muzdlu əsgərin 9 avqustda ölkədə keçiriləcək prezident seçkilərinə müdaxilə etmək məqsədilə Belarusiyaya göndərildiyini, artıq 33 nəfərinin həbs olunduğunu və onların hər şeyi etiraf etdiklərini bəyan edib. 

Belarusiya KİV-ləri son vaxtlar Lukaşenko və Putin arasında yaranmış gərginliyə görə, Vaqnerçilərin Belarusiyada dövlət çevrilişi etmək məqsədi ilə göndərilldiyini iddia edirlər. Rusiya tərəfi isə ciddi-cəhdlə bunu təkzib edir və muzdluların guya İstanbul üzərindən Liviyaya getmək üçün Minskə getdiklərini iddia edirlər. Əslində 33 və yaxud prezident Lukaşenkonun iddia etdiyi kimi 200 muzdlu yaraqlının Belarusiya kimi xüsusi xidmət orqanları olan bir dövlətdə çevriliş edə biləcəyi inandırıcı görünmür. Sadəcə olaraq, bunu Putinin Lukaşenkonu hədələmək cəhdi kimi də qiymətləndirmək olar. Son vaxtlar iki "qardaş" ölkə arasında neft qiymətləri ilə bağı yaranan gərginlik, Belarusiya məhsullarının Rusiya ərazisinə idxalına süni maneələrin yaradılması, bununla əlaqədar prezident Lukaşenkonun Qərbə və ABŞ -a meyllənməsi Putin hakimiyyətini qıcıqlandırmaya bilməzdi. 9 avqustda Belarusiyada keçiriləcək prezident seçkiləri ərəfəsi Lukaşenkonun Qərblə arasını vurmaq Rusiyanın əlinə düşən fürsətdi. 26 ildi hakimiyyətdə olan Lukaşenkoya qarşı ölkədə etirazlar var. Prezdentliyə real namizədlər müxtəlif bəhanələrlə həbs olunaraq seçkilərdən kənarlaşdırılıb. Buna etiraz edən müxalif qüvvələr etiraz aksiyalarına çıxır. Rusiya tərəfi də bundan istifadə edərək paytaxt Minskə göndərdikləri "Vaqnerçi muzdluları vasitəsi ilə hökumətlə etirazçılar arasında təxribat törədərək, qarşıdurma yaradar və kütləvi iğtişaşlar törədə bilərlər. Və Lykaşenko bu iğtişaşları yatırmaq məqsədi ilə güc tətbiq etmək məcburiyyətində qalar. Bu isə təbii ki, "demokratiya carçıları sayılan" Qərbin və ABŞ-ın ciddi narazılığına səbəb olar, onlar "Batkadan üz döndərərlər. Yəni, Rusiyanın paytaxt Minskə göndərdiyi 33 və ya 200 yaraqlı bu missiyanı həyata keçirə biləcəyi versiyası daha inandırıcı ola bilər. Putin hazırki vəziyyətdə hansısa təbii fəlakət baş verməzsə, Lukaşenkonun yenidən prezident seçiləcəyini hamıdan yaxşı bilir. Rusiya seçkilər ərəfəsi vəziyyətdən istifadə edərək, sadəcə olaraq onu Qərbin və ABŞ -ın gözündən salmaqla "kəndinə qaytarmağa çalışır".

Lakin istənilən halda "Vaqnerçilərin bu missiyası alınmadı. İndi Rusiya tərəfi çoxsaylı muzdlu yaraqlının birdən - birə, seçkilər ərəfəsində Belarusiyada peyda olmasına don geyindirməyə çalışırlar. "Komsomolskaya pravda" qəzeti yazır ki, 33 "Vaqnerçinin Minskdə tutulması Ukrayna xüsusi xidmət orqanlarının təxribatıdı. Qəzetin hekayəsinə görə, guya bu muzdlu qrup, hansısa "Serqey İvanoviçin" zəngi ilə "Suriyada neft yataqlarının qorunması üçün" yaradılıb və Minskdən İstanbula uçmaq üçün Belarusiyaya gəliblər. Təyyarəyə gecikdikləri üçün Minsk ətrafındakı sanatoriyaya yerləşiblər." Amma nədənsə sonradan "hardansa" gələn tapşırığa əsasən İstanbula uçuş biletlərini elə sanatoriyanın həyətində yandırıblar. Maraqlı hekayədi, deyilmi? Lakin "Batkanı belə cəfəng nağlıllarla aldatmaq olmaz. Xalqa müraciətində prezident Lukaşenko, Rusiya tərəfə " Bəlkə, mən coğrafiyanı yaxşı bilmirəm? Nə vaxtdan İstanbula yol Minskidən keçir? Krımdan İstanbula iki addım yoldu, niyə ordan getmirlər?- deyə sual ünvanlayıb...

Lakin Rusiya üçün bu sualların cavabının heç bir əhəmiyyəti yoxdu. Kremlin keçmiş postsovet məkanını öz nəzarəti altında saxlamaq niyyəti heç kimə sirr deyil. Bunun üçün hekayələr, nağıllar uydurmaq, lazıım gələrsə hətta hədələmək, qorxutmaq belə, onlar üçün çətin məsələ deyil. Son vaxtlar Paşinyan Ermənistanının da Qərbə meyyilənməsinin qarşısını almaq üçün Paşikin tez-tez qulağının çəkilməsinin də şahidi olmuşuq. Neçə illərdi Ukraynaya edilən təcavüzlər, Qarabağ məsələsinin həllinə maneələr yaradılması da məhz bu qəbildəndir.

Rüstəm Hacıyev