Azərbaycanda daha bir əxlaqsızlıq yuvası aşkarlandı
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Mil qəsəbəsinin sakini V.Quliyevin yaşayış məntəqəsinin ərazisində işlətdiyi hotelin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyi müəyyən edilib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin hoteli icarə əsasında işlədən V.Quliyev və orada olan iki nəfər "müştəri” saxlanılaraq Beyləqan RPŞ-yə gətirilib.
Faktla bağlı Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinə başlanılıb, araşdırma aparılır.
Digər Xəbərlər
18 Mart 2024 17:49
Bərdədə azyaşlını it dişləyib
18 Mart 2024 13:12Martın 20-də geomaqnit qasırğası gözlənilir
18 Mart 2024 11:39Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşdi
18 Mart 2024 10:156-cı sinif şagirdi dünyasını dəyişdi
18 Mart 2024 09:52