adalet.az header logo
  • Bakı 7°C
07 Avqust 2020 14:33
23336
DÜNYA
A- A+

Pompeo Əfqanıstanı “Taliban” məhbuslarını azadlığa buraxmağa çağırdı

ABŞ Dövlət katibi Mayk Pompeo Ümumdünya Əfqanıstan Ağsaqqallar Şurasını radikal "Taliban” hərəkatının həbsdə olan üzvlərini azad etməyə çağırıb.

RT bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamaya istinadla xəbər yayır.

"Belə başa düşürük ki, onlar qalan "Taliban” məhbuslarının sürətlə azad edilməsi məsələsi barədə qərar verəcəklər – bu, Əfqanıstandaxili danışıqların başlanması üçün son maneədir”, - deyəABŞ Dövlət katibi bildirib.

O vurğulayıb ki, ABŞ-ın bu ölkəyə gələcək yardımının ölçüsü və həcmiƏfqanıstanda daxili münaqişəsinin həllindən asılıdır.

Bundan əvvəl Əfqanıstan hökuməti 317 "Taliban” üzvünüPərvan əyalətindəki həbsxanalardan azad edib.