adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Avqust 2020 13:51
17175
MƏMLƏKƏT
A- A+

Səxavət Məmməd: Canınız çıxsın işə gəlin

Operativ Qərargahın dünən verdiyi qərar və ondan sonra gördüklərim və eşitdiklərim barədə.

Metro açılmayacaq. Hər kəs bilir ki, Bakının yükünün böyük hissəsini metro çəkirdi. İnsanlar marşurutların ümidinə qalıb. Hər kəs işlədiyi yerə yaxın məsafədə qalmır. Hər kəsin də şəxsi avtomobili yoxdur. Marşurutun sürətini və sıxlığı nəzərə alsaq, insanların işə-gedib gəlməyi necə çətin olacaq təsəvvür etmək o qədər çətin deyil. Təsəvvür edin işə gedib gəlmək təxminən 4-5 saat vaxt alacaq. 500-600manata işləyən birinin gün ərzində 4-5 saat yolda qalmağı rəsmən işgəncədir. Gün ərzində 4-5 saat yollarda keçirən işçidən keyfiyyətli iş gözləmək sadəcə olaraq gülməlidir. Lap deyək ki, rəhbər şəxs dedi, mənə aidiyyatı yoxdur, işə gəlinməlidir. İşçi marşurutda yoluxsa, onun məsuliyyəti kimin üzərindədir?
Maaş verirəm, canın çıxsın işə gəl düşüncəsi isə işçinin günlük xərcinin cibində qalmasına (30 qəpik o yana, 30 qəpik bu yana) göz tikməkdir.