adalet.az header logo
  • Bakı 6°C
07 Avqust 2020 13:24
36864
MƏDƏNİYYƏT
A- A+

Etibar Əliyev: Tanrının sevimli dahisi

Azərbaycan rəssamı, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Nərimanbəyov Toğrul Fərman oğlunun (7 avqust 1930, Bakı, Azərbaycan SSR – 2 iyun 2013, Paris, Fransa) doğum günüdür.

Rəssam televiziya çıxışlarının birində etiraf etmişdi: "Muğamı çox sevirəm, lakin ifa edə bilmirəm, ifa olunarkən gözlərimdən yaş axır". "Muğam", "Musiqiçilər" adlı əsərə baxarkən sənətkarın muğam sənətinin alt qatlarında gizlənən fəlsəfi mahiyyətinə dərindən bələdliyini bir daha duymuş oluruq. Kompozisiyada musiqiçilərin ifa zamanı müxtəlif pozalarda yerləşdirilməsi, xüsusilə xanəndənin keçirdiyi hisslər, tablonun ekspressiv dinamikliyi tamaşaçını, sanki muğam musiqisinin ecazkar ritmi altında kökləmiş olur.T.Nərimanbəyov eyni zamanda gözəl səs tembrinə malik olub. O, Azərbaycanın və dünya vokal sənətinin şah əsərlərini ifa etməkdən yorulmurdu. (sənətşünas Əsəd Quliyev)

Bu fikirlər də böyük rəssama məxsusudur: "Hər bir sənətdə, yaradıcılıqda yenilik, bənzərsizlik olmalıdır. Bunlar ki olmadı, sənət öldü... Sənətdə məni ruhlandıran, yaradıcılığa sövq edən cəhətlər bilirsinizmi nədir? Bir çox məlum, hətta özümün də inandığım həqiqətləri rədd etmək. Daima axtarmaq, nə isə yeni bir şey tapmaq".