Mən danışa bilmirəm, CİA danışsın – Soner Yalçın yazır

96052 | 2020-08-07 13:14

Alec Stansiyası...

CİA (Mərkəzi Kəşfiyyat İdarəsi) Terrorla MübarizəMərkəzində Usame bin Ladini təqib edən bölmənin adı idi.

Michael Scheuer (doğum: 1952), 2001- 2004 arasıAlec Stansiyasının başçısı idi.

2004-cü ildə ABŞ-ın İsrailə yaxın ittifaqını tənqidetdi, 22 illik CİA-dakı işindən istefa etmək məcburiyyətində qaldı.

ABŞ-ın İsrailə yönəlmiş xarici siyasəti haqqındakıtənqidlərinə davam edincə bu dəfə 2009-cu ildə "Qlobal Terrorizm Analisti”olaraq xidmət etdiyi Jamestown vəqfindən qovuldu! Bir neçə böyük xeyriyyəçi Jamestownaverdikləri pulu geri çəkməklə təhdid etmişdilər. Necə əsəbiləşməsinlər? Bunudeyirdi:

- İranlılar onları qaza gətirmədikcə ABŞ üçün təhdidtəhlükəsi yaranmır. İsraillilər üçün bir təhdid ola bilərlər, amma ABŞ üçünyox.

CİA agenti Scheuer fərqli adam idi. Misal üçün, "İslamterrorizmi” yerinə "İslamçı üsyan” deyilməyini istəyirdi.

- Kəşmir, Sincan, Çeçenistan sadəcə, müstəqillik üçündeyil, həm də qurumsallaşmış barbarlığa qarşı mübarizə edirlər. Yəni bizə qarşıdeyərək CİA-ya zidd getdi.

CİA-nınişçiləri üçün Əl-Qaidə haqqında məlumatlar yığdığı "Thriugh Our Enemies eyes”(Düşmənlərimizin gözü ilə) kitabını çap etdirdi.

Usame bin Ladinin 2007-ci ildə ortaya çıxardığı video kasetində "nələrinbaş verdiyini bilmək istəyirsinizsə və bizə qarşı apardığınız savaşıuduzmağınızın səbəblərindən bəzilərini öyrənmək istəyirsinizsə, o zaman Scheurioxuyun” dediyi kitab "İmperial Hubris” (İmperatorluq qılıncı) idi.

Diliməz "Qüdrət korluğu” olaraq çevrilən kitabında Sheuer bizi, ölkəmizimaraqlandıran şeyləri yazdı.

CIA-nın MƏRİFƏTLƏRİ

Həmişə deyirəm ki, "dərinə qazın”!

Bunun üçün bilgi sahibi olmaq və onu analitik düşüncəylə təhlil etməklazımdı.

Amansız savaşların yaşandığı dünyada duyğulara yer yoxdu. Yol göstərənsadəcə, ağıldır.

Baxın:

- ABŞ PKK-ya silah yardımımı edir? Neft müqaviləsinimi edir? Mənim ağlıma CİAagenti Sheuer gəlir.

- İŞİD desəniz,FETÖ desəniz, mənim ağlına CİA agenti Sheuergəlir.

- Misir Liviyayaqoşun yeridəcəkmiş desəniz, mənim ağlıma CİA agenti Sheuer gəlir.

CİA-da 22 ilişləyən Sheuer deyir:

- ABŞ-ın tək məqsədi daxili savaş çıxartmaqdır. Qərb qüvvələri və AmerikaSuriya, İraq və Əfqanıstan kimi bölgələrə əsgər göndərmək istəmir. Məqsəd bubölgələrdə daxili savaş çıxartmaqdır. Bu dəqiqə ən böyük ümidimiz sünnilərin vəşiələrin qanları quruyana kimi bir-biriylə savaşmaqlarını təmin etməkdir. MənİŞİD-in Bağdadda irəliləyəcəyini düşünürdüm. Çünki sünnilər şiələri öldürürdüvə elə istədiyimiz də bu idi.

Çünki eynisini Əl-Qaidə ilə eləmişdilər. Bu səbəblə 11 sentyabrdan əvvəlBin Ladini öldürmək üçün 8 ilə on fürsət əldə eləmişdilər, amma barmaqlarınıbelə tərpətməmişdilər.

CİA qarmaşa iləqidalanırdı.

İŞİD ilə daxilisavaş çıxartdı.

FETÖ ilə daxilisavaş çıxartmaq istədi.

AmerikanConilərinin əvəzinə neft quyularına PKK-nı gözətçi qoydu.

Orta Şərqdə israrla sünni-şiə savaşı çıxartmaq istədi – İslamçı savaş.

Türkiyə gündəmini bu perspektivdən dəyərləndirmək düzgün deyilmi?Ayasofyadan İstanbul Sözləşməsinə qədər bizi içə döndürəcək süni mövzularlaenerji itiririk.

Baxın:

BAŞINI QUMA SOXMAQ

Yunanıstan Ege qitə kontinentində Şərqi Ağdənizüzərindən Türkiyəni sıxışdırır.

Misir silahdan istifadə edib Liviya üzərindənTürkiyəyə barmaq silkələyir.

ABŞ Şimali Suriyada PKK-ya dövlət qurdurur. İdlibqaynayır.

S400-lər və F35-lər və ya "Xalqbank” davası başımızıağrıdır.

Ermənilər Azərbaycanı sıxışdırır.

Səudiyyə Ərəbistanı türk düşməni hər kəslə ittifaqqurur, tək dəstəkçimiz Qətəri boğmaz istəyir.

AB kibirli tövrünü davam etdirir, Covid-19 silahıylaTürkiyəni "lənətlənmiş ölkə” elan edir, turist axınını əngəlləyir.

- Livan-Beyrud partaması nəyə yol açacaq?

Başımızı qumdan çıxarıb ətrafa baxmaq lazımdı.

Maraqlı bir məlumatı da diqqətinizə çatdırım:

Pulitzer mükafatı alan Lawrence Wrightın 2006-cı ildə yazdığı və eyni adla 2018-ci ildəserial çəkilən "The LoomingTower”in əsas mövzusu FBİ və CİA rəqabətinin 11 sentyabr üzərindəki təsiri idi.Serialdakı "Martin Şmidt” obrazı Michael F. Scheuer idi.


TƏQVİM / ARXİV