adalet.az header logo
  • Bakı 21°C
07 Avqust 2020 12:46
18047
İDMAN
A- A+

Çempionlar Liqası bərpa olunur - 5 aydan sonra

Mart ayından koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqası bu gün bərpa olunacaq.

Adalet.az xəbər verir ki, ilk oyun günündə 1/8 finalın iki cavab oyunu keçiriləcək.

Fransada "Lion"a 0:1 hesabı ilə uduzan "Yuventus" bu dəfə rəqibi ilə Turində qarşılaşacaq. Gecənin digərgörüşündə isə "Mançester Siti" Madrid "Real"ını qəbul edəcək. Öz meydanında"şəhərlilər"ə 1:2 hesabı ilə uduzan son İspaniya çempionunu çətin səfər matçı gözləyir.



7 avqust

Çempionlar Liqası

1/8 final mərhələsinin cavab oyunları

23:00. "Yuventus" (İtaliya) - "Lion" (Fransa)
İlk oyun - 0:1

23:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya)
İlk oyun - 2:1


8 avqust

23:00."Barselona" (İspaniya) - "Napoli" (İtaliya)
İlk oyun - 1:1

23:00. "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə)
İlk oyun - 3:0

Qeyd edək ki, Çempionlar Liqasının qarşılaşmaları 1/4 finaldan "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək.