adalet.az header logo
  • Bakı 7°C
07 Avqust 2020 12:14
14746
MƏMLƏKƏT
A- A+

Nazir: 190 manatdan imtina alan 20 minə yaxın şəxs ona təklif edilən işlə razılaşmayıb

190 manat ödənişinin təyin edilməməsinə görə şikayət edən insanların sayı çoxdur.

Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, aztəminatlılıq meyarına əsasən, 190 manatlıq vəsaitin ödənilməsindən imtina cavabı alan şəxslərə ictimai iş teklif edilib. Amma onların 20 minə yaxını, başqa sözlə 1%-i bununla razılaşmayıb.

S.Babayev əlavə edib ki, ehtiyac içində olan aztəminatlı şəxslərə minimum əməkhaqqı səviyyəsində-250 manat məbləğində iş təklif edilir:"Aydın məsələdir ki, pandemiya dövründə iş tapmaq imkanları azalır. Dövlət məhz aztəminatlı şəxslər üçün dəstək mexanizmi təqdim edir. Digər kateqoriyalardan olan insanlara iş tapmaq üçün başqa mexanizm təqdim edir və bu mexanizm fərqlidir. Yüksək təhsili olanlar üçün işlər də fərqlidir".

Nazir deyib ki, əgər vətəndaş ali təhsillidirsə, özünü aztəminatlı hesab etmirsə və işsizdirsə, belə vətəndaşlar üçün bazada 47 min vakant iş yeri var, onlar bu yerlərdə işləmək üçün müraciət edə bilərlər.