adalet.az header logo
  • Bakı 7°C
07 Avqust 2020 12:09
57432
ŞOU-BİZNES
A- A+

Aparıcı Kamilə Babayevanın paylaşımı və yeni imici...

"Uzun müddətdir şəhərdən kənarda, bağda qalıram. Oturmuşdum bağda, xəbər gəldi ki, karantin yumşalır. Mən də şəhərə qayıtdım ki, saçıma-başıma əl gəzdirim, gözəlləşim"

Adalet.az xəbər verir ki, bu sözləri aparıcı Kamilə Babayeva şəxsi "İnstaqram” səhifəsində yazıb. Aparıcı yazdığı statusa eyni zamanda fotolar da əlavə edib. Fotoda saç rəngini dəyişdirən aparıcının xeyli günəş vannası qəbul etdiyi, dərisinin rənginin dəyişdiyi də diqqət çəkib. Fotolar sosial şəbəkədə müzakirələrə səbəb olub. İzləyicilər rəylərdə Kamilə xanımın dəyişiminə təəccüb və marağını ifadə edib. Dəyişimin ona yaraşdığını da qeyd ediblər.

Qeyd edək ki, aparıcı Kamilə Babayeva və sinif yoldaşı İbrahim Rzabəyov ilə evlidir. Cütlüyün bir qız övladı var.

Əntiqə Rəşid