adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ƏN ÇƏTİN GÜN...

FAİQ QİSMƏTOĞLU
60201 | 2020-08-07 12:07

... "Çətin gününömrü az olar”- deyiblər. Amma bizim çətin günlərimizin ömrü deyəsən çox çəkiraxı! Düz 30 ilə yaxındır ki, torpaqlarımız ermənilər tərəfindən işğal olunub...Düz 30 ilə yaxındır ki, Şuşa, Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan,Qubadlı bizi gözləyir... O yerlərin, oyurdların dodağı bizlər üçün dörd yerdən çatlayıb... o yerlərin bulaqları, gülləri,çiçəkləri, çəmənləri, xarı bülbülləri bizim qayıdışımızı gözləyir... Bizqayıtmaq istəyirik ha, amma namərd düşmənin namərd havadarları imkan vermirlər.Və namərd havadarlar elə bilməsinlər ki, biz ora gedə bilməyəcəyik.

Biz hamımızPrezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gec-tez silahasarılacaq, Şuşanı, Kəlbəcəri, Laçını, Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı,Qubadlını döyüşüb qaytaracağıq. Və o rayonların yüksəkliyinə də Azərbaycan bayrağını taxacağıq...

... Hələ ki, Azərbaycantarixdə özünün ən ağır, ən çətin, ən mürəkkəb günlərini yaşayır... Hələ ki, Azərbaycanböyük güclərə qarşı təkbaşına döyüşür... Hələ ki, Azərbaycan heç biryadellinin qarşısında diz çökməyib...Düzdür, namərdləri çox böyük dövlətlər qoruyur. Amma bizim də arxamızda Ulu Yaradanvar və bir də böyük Türk dövləti dayanıb. Allahın və Türkün qüvvəsi həmişə obiri qüvvələrdən güclü çıxıb. Və buna heç kəsin şəkk-şübhəsi olmasın...

Azərbaycana həmişəyadellilər yağlı tikə kimi baxıb və hərə bir tərəfdən bu yağlı tikəyə əluzadıb, ağız atıb. Bir vaxtlar bizim qəzetdə çox məşhür bir karikatura çapedilmişdi. O karikaturanın da ideyasını dostumuz və qardaşımız, millət vəkilihörmətli Aqil Abbas vermişdi. Karikaturada bir fil təsvir olunmuşdu və o filindalınca çaqqal, tülkü, kaftar düşmüşdü ki, onun xayasını qoparsınlar. Amma nə qədərağız atsalar da, o caqqalın, o tülkünün,o kaftarın ağzı filin xayasına çatmamışdı. Və o çaqqal, o tülkü, o kaftar filinayaqları altında qalıb canları çıxmışdı. O fil Azərbaycandı! Və bu gün də oçaqqallar, o tülkülər, o kaftarlar Azərbaycana ağız atırlar və ağızlarına birşey keçməyib bu nəhəng filin ayaqlarıaltında qalırlar. Ermənilər 2016-cı ilin aprelində də 2020-ci ilin iyulun 12-dədə bu ağızı atdılar, ağıza yağlı tikə yox, yağlı bir şillə, yağlı bir güllə,yağlı bir mərmi dəydi. Və hələ də ağızlarının qanı kəsmir...

Bizim qonşusarıdan bəxtimiz gətirməyib. Qonşularımıza çörək də vermişik, su da vermişik,neft də vermişik, qaz da vermişik, amma onlar bunun qədrini bilmək əvəzinə,yediyi qabın içinə tüpürürlər. Bizim çörəyimizin duzu var ha, onları nə vaxtsatutacaq. İntəhası, hər şeyin geci və tezi var. Sadəcə olaraq, bizim çörəyimizinqədrini bilməyənlərin özlərinin duzu yoxdu. Məsələn, Gürcüstandan Ermənistanasilah daşınır. Gürcülər də bunu gizlətmirlər. Deyirlər ki, ermənilər bizimdostumuz və qonşumuzdu. Adamın bax, belə yerdə hirs vurur başına və deyə ki, ayçörək itirən köpək oğlunun balası, bəs biz nəyik? İşığınız bizdən, qazınız bizdən,yanacağınız bizdən, bəs o dığalardan sizə nə xeyir gəlir? Bax, belə yerdəağzımızı tüpürcəklə doldurub belə nadürüst qonşunun üzünə tüpürməkdən başqa yolyoxdu. Başqa bir çıxış yolu da var, yıxıb yerə eşşək sudan gələnə qədər o ki,var çırpasan. Döyməsən də o nadürüst qonşunu işqıdan, yanacaqdan, qazdan məhrumeləyəsən!..

Yadıma böyükÜzeyir Hacıbəyovun bir felyetonu düşür. Bir nəfər imkanlı adam başqa birisinə hərcür köməklik edir, arxa durur, söykək olur. Kömək durduğu adam isə bunun əvəzindəona pislik eləyir. Yaxşılıq eləyən adam da gəlir bir ziyalının yanına ki, mənfilankəsə bu cür yaxşılıq eləmişəm, o da mənə pislik eləyir. İndi mənə bir yolgöstər, məsləhət ver görüm, nə edim ki, o pisliyin əvəzini çıxım! Ziyalı adamda dostuna məsləhət bilir ki, ona pislik eləməyin ən yaxşı yolu yaxşılıq eləməməyindi.İndən sonra heç bir yaxşılıq eləmə, bu nəyə desən dəyəcək. Həmin adam da ağıllıməsləhətə görə, ziyalı dostuna təşəkkür eləyir. Böyük Üzeyir bəyin sözüolmasın, hansısa qonşu ölkə bizim çörəyimizin, yaxşılığımızın qədrini bilmirsə,biz də heç ona yaxşılıq eləməyək. Qoy gedib canları harda çıxır çıxsın!..

Bayaq dedik axı,ölkəmiz tarixdə ən çətin günlərini yaşayır. Bir tərəfdən xarici ölkələrinhaqsız hücumları, güclü havadarı olan ermənilərin yüz oyundan çıxması, bir tərəfdənkoronavirus təhlükəsi, bir tərəfdən də müstəqilliyimizi məhv etmək istəyənxarici və daxili qüvvələr. Xüsusən də xaricdə və daxildə fəaliyyət göstərən,ağır, çətin günümüzə düşmən qədər sevinən sapı özümüzdən olan baltalar. Görün,onlar nəyə sevinirlər? Sevinirlər ki, Azərbaycanda koronavirus xəstələriçoxalıb... sevinirlər ki, bu xəstəlikdən ölənlər artıb... sevinirlər ki, camaat5 aya yaxın evdə qaldığına görə, çətin vəziyyətə düşüb... Bu xəstə düşüncənin vəxəstə təfəkkürün sahiblərindən nə gözləmək olar? Xaricdə oturub dövlətin, xalqın,millətin, prezidentin ünvanına böhtanlar və şərlər yayan bu insanlara azərbaycanlıdemək olarmı? Heç azərbaycanlı da Vətəninin bu ağır, bu çətin, bu məşəqqətligününə sevinərmi?

Bax, bunu hərbir azərbaycanlı bilməli, görməli, hiss etməli, sapı özümüzdən olan baltalaraqarşı mübarizə aparmalıdır. Xarici düşmənlərə qarşı mücadilə eləmək çoxasandır. Ən çətini odur ki, süfrəmizin başında əyləşən, üzdə "vətən, vətən” deyən,arxada vətəni 4-5 yerə bölmək istəyən bu "mehriban düşmənləri” heç cürə tanımaqolmur. Onların bir yox ey, on yox ey, onların min sifəti var! Bəzən yazıq görkəmalırlar, bəzən fağır sifətə girilər, bəzən də iç üzlərini açıb bu Vətənə, budövlətə diş qıcayırlar. Belələri xarici düşməndən daha qorxulu, daha təhlükəlidir.

Ən təhlükəlisiisə bu çətin və ağır durumda dövlətin büdcəsini, xalqın varını, dövlətinitalayan vəzifəli şəxslərdi. O vəzifəli şəxslər ki, onların arasında sabiqnazirlər də var, nazir müavinləri də, icra başçıları da və digər yüksək posttutan şəxslər də. Onlar da bu dövlətin, bu xalqın ən böyük düşmənləridi. Bu barədəcənab prezident özü də dəfələrlə fikirlərini səsləndirib və bildirib ki, bu cürşəxslərə qarşı mübarizə davam edəcək. Dövlət hər hansı nazirliyə, şirkətə pul ayırır, vəzifəli şəxslərə də opula gedib xaricdə villalar, biznes şəbəkəsi alır. Belələri yüngül cəza iləcanlarını qurtarmalı deyil. Çünki onların əməlləri müharibə şəraitində yaşayanölkənin müharibə qanunları ilə qiymətləndirilməlidir. Amma görürsən ki, dövlətinbüdcəsinə milyonlarla ziyan vuran hər hansı vəzifəli şəxs məhkəmənin hökmüylə10-12 il cəza alır. Heç 2-3 il keçmir hansı yollasa azadlığa çıxır və yığdığıpulları bala-bala xərcləyir. Belələrinə qarşı ən ağır cəza verilməlidir. Yənionlar təkcə dövlətin büdcəsini dağıtmayıblar, onlar həm də bu dövlətin, bu ölkənin,həm də bu prezidentin ağır günündə xəyanət ediblər. Vətənə xəyanət isə ömürlükcəza ilə müəyyənləşdirilməlidir. Nə vaxta qədər ki, vəzifəli şəxslər yüngül cəzaalacaqlar, onlar dövlətin büdcəsini dağıtmaqda davam edəcəklər. Düşünəcəklərki, uzaqbaşı milyonları mənimsədiyimə görə, 5-10 cəza təyin edəcəklər, mənim dəpulum var, onu verib azadlığa çıxacam, sonra kef eləyəcəm! İndi necə ki, dövlətinbüdcəsinə milyonlarla ziyan vuran şəxslər azadlığa çıxıb kef eləyirlər.

Gərək adamınnamusu, vicdanı, qeyrəti olsun. Yadıma bir Azərbaycan filmi – "Yol əhvalatı”düşür. Orda "JEK” rəisi (xalq artisti Siyavuş Aslan) şikayətə gələn vətəndaşdan (xalq artisti Eldəniz Zeynalov) soruşur ki,başına papaq qoyursan? Deyir ki, hə! O papaqdan demirəm, yəni sənin qeyrətinvar? Şikayətçi də deyir ki, qeyrətimiz də var, namusumuz da!..

Deyirəm ki, yüksəkvəzifədə əyləşmiş dövlətin büdcəsini sağa-sola xərcləyən bəzi vəzifəli şəxslərdəgörəsən bir millət qeyrəti, millət namusu varmı ki, fikirləşsin, heç olmasa oağır gündə o pulları mənimsəməsin?! Bu dövlətin, bu millətin ağır günündə onunbüdcəsindəki vəsaiti təyinatı üzrə yox, sağa-sola xərcləyən hər hansı vəzifəlişəxs ilk növbədə cənab prezidentinə və Azərbaycan xalqına xəyanət eləyir. Bu xəyanətiisə nə cənab prezident, nə də Azərbaycan xalqı heç kimə bağışlamır vəbağışlamayacaq da!..

Bu gün Azərbaycanxalqı bütün inamı və ümidilə göydə Allaha, yerdə prezident İlham Əliyevəsığınıb. Biz nə qədər ağır günlər, nə qədər ağır tarixi anlar yaşasaq da, Allahınvə prezidentin köməkliyi ilə bu durumdan tezliklə çıxacağıq. Sadəcə olaraq,pislik bizim düşmənlərimizə və bir də daxildəki sapı özümüzdən olan baltalaraqalacaq. Biz Qarabağa da dönəcəyik, ölkəmizin müstəqilliyini də qoruyacağıq vəqələbə ilə müharibəni də başa çatdıracağıq. Yenidən əvvəlki xoş günlərimizə,anlarımıza qayıdacağıq.Və mən buna səhərin açılması, günün üfüqdən boylanmsıkimi ümid bəsləyirəm, inanıram. İnanıram ki, o səhər açılacaq, o günəş üfiqdənboylanacaq...


TƏQVİM / ARXİV