adalet.az header logo
  • Bakı 7°C
07 Avqust 2020 11:54
28503
SİYASƏT
A- A+

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı.

Adalet.az-ın məlumatına görə, parlamentin sədri Sahibə Qafarova sessiyanın başa çatdığını elan edib.

Avqustun 5, 6 və 7-də keçirilən sessiyada 6 qanun layihəsi qəbul edilib.

Bunlar aşağıdakılardır:

1. "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

2. ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

3. "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4. "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

5. "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

Nicat Novruzoğlu