adalet.az header logo
  • Bakı 7°C
07 Avqust 2020 11:05
20944
SİYASƏT
A- A+

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilir.

Adalet.az-ın məlumatına görə, iclasın gündəliyinə 6 məsələ daxil edilib.

Deputatlar"Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında”, "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, "Məşğulluq haqqında”, "İşsizlikdən sığorta haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihələrini 3-cü oxunuşda müzakirə edəcək.