adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Avqust 2020 10:47
21810
DÜNYA
A- A+

Səma cisimlərinin adları dəyişdirilir

NASA göy cisimlərinə illər əvvəl verdiyi "irqçilik və ayrı-seçkilik” təşkil edən adları dəyişəcəyini açıqlayıb.

"HaberGlobal” məlumat verir ki, bunlara "Eskimo Dumanı”, "Siyam Əkizləri Qalaktikası” kimi adlar daxildir.

NASA bu istiqamətdə ilk addım olaraq "NGC-2392”yə verilən "Eskimo Dumanı” adını dəyişdirməyə qərar verib.

Eskimo Arktika bölgələrinin yerli əhalisinə verilən ad olaraq, irqçi mənşəli müstəmləkə termini qismində qəbul edilir.

Əvvəllər ABŞ və Danimarkadakı anti-irqçi fəallar dondurma istehsalçılarına məhsullarını "eskimo” adlandırmağı dayandırmaq üçün təzyiq göstəriblər.

Təşkilatın açıqlamasına rəğmən, veb-saytda bu "irqçi” adın hələ dəyişdirilmədiyi görünür.