adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
07 Avqust 2020 10:20
72250
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: Ümidsizlikdəki qor

Yanağımdakı cığır -
Qurumuş damla yeri...
Göynədir ürəyimi -
Kədərin damğa yeri...

Yorulmuş gözlərimin -
Quyu dibi - didəsi...
Sozalır ilğım kimi -
Ümidimin piltəsi...

Dilimdən sürüşdükcə
Yaralanır yar sözü...
Ruhumla görüşdükcə -
Duyuram ki, var ...sözü!

Ovunmağa bir xəyal
Bir də yuxu - gümanım...
Enir... sinəmə tərəf -
Başımdakı dumanım...