adalet.az header logo
  • Bakı 20°C
07 Avqust 2020 10:04
20661
SİYASƏT
A- A+

Aİ ölkələrinin XİN rəhbərləri Türkiyə ilə ittifaq arasındakı münasibətləri müzakirə edəcəklər

Avropa İttifaqına (Aİ) üzv ölkələrinin xarici işlər nazirləri Aİ Şurasının qeyri-rəsmi iclasında Türkiyə ilə ittifaq arasındakə münasibətləri müzakirə edəcəklər.

Bu barədə Maltada Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel və Türkiyənin XİN rəhbəri Mevlüt Çavuşoğlu arasında keçirilən görüşün yekunları üzrə bildirilib.

Məlumata əsasən, Aİ Şurasının qeyri-rəsmi iclası 27-28 avqust tarixlərində Berlində keçiriləcək.

Bildirilir ki, Türkiyə Avropa İttifaqının vacib tərəfdaşıdır: "Aİ-yə üzv ölkələr mövcud mənfi tendensiyaları aşaraq qarşılıqlı münasibətlərin gücləndiyini görmək istəyirlər".