adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Avqust 2020 23:51
19124
İDMAN
A- A+

Premyer Liqada 5 əvəzetmədən imtina edildi

İngiltərə Premyer Liqa klubları yeni mövsüm üçün VAR sisteminin tətbiqi və əvəzetmə sayını müzakirə edib.

Qol.az "BBC”yə istinadən xəbər verir ki,ümumi toplantıda əvəzetmədən istifadə qaydasının əvvəlki formada olması ilə bağlı qərar verilib.

Klublar 5 deyil, 3 əvəzetmənin tərəfdarı olduqlarını bildiriblər. Toplantıdaqeyd olunubki, yeni tətbiq olunan 5 əvəzetmə qaydası yalnız böyük klubların işinə yarayır.

Bundan başqa, toplantıda VAR-dan FİFA qaydalarına tam uyğun şəkildə istifadə olunmasıqərara alınıb.

Xatırladaq ki, FİFA koronavirus pandemiyasına görə dayandırılmış mövsümün bərpasından sonra qalan matçlarda 5 oyunçu dəyişikliyinə icazə vermiş, daha sonra bu qayda 2020/2021 mövsümünün sonuna qədər uzadılmışdı. Lakin hər liqa bununla bağlı qərar vermək səlahiyyətlərini saxlayıb.