adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
06 Avqust 2020 22:09
21362
DÜNYA
A- A+

Finlandiya səyahətlərə yenidən məhdudiyyət qoydu

Finlandiya hökuməti bir sıra ölkələrə gediş-gəlişə yenidən məhdudiyyətlər tətbiq edib.

Adalet.az-ın məlumatına görə, müvafiq qərar hökumətin bugünkü iclasında qəbul edilib və avqustun 10-dan etibarən qüvvəyə minəcək.

Qərara əsasən, Finlandiyadan Niderlanda, Belçikaya və Andorraya gediş-gəliş zamanı sərhəd nəzarəti bərpa olunur.

Finlandiya hökuməti iki həftədən-bir turizm üçün tövsiyə edilən ölkələrin siyahısını nəzərdən keçirir.