adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
06 Avqust 2020 20:00
53335
KRİMİNAL
A- A+

Lənkəran sakinini döyərək, 70 min manatlıq qızılını əlindən alanlar tutulub

Lənkəran Şəhər Rayon Polis Şöbəsinə avqustun 1-də saat 7:00 radələrində "VAZ-2106” markalı avtomobildə gəlmiş ikinəfərin şəhər sakini T.Fətullazadəni döyərək,içərisində 60-70 min manat dəyərində qızıl-zinət əşyaları olan çantasını almaları barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindənverilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini N.Xəlilov, Masallı rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - İ.Məmmədli və Z.Hüseynzadə polis əməkdaşları tərəfindən saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işinə başlanılıb.