adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Avqust 2020 16:43
19720
HADİSƏ
A- A+

Bakıda parkdakı yanğın söndürüldü - YENİLƏNİB

Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində yerləşən parkda təqribən bir hektar ərazidə ağaclıq və quru ot yanıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən saat 15:20-də söndürülüb.

16:12

Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində yerləşən parkda ağaclıqyanır.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.