adalet.az header logo
  • Bakı 7°C
07 Avqust 2020 10:44
88118
ŞOU-BİZNES
A- A+

Supermodel yenə hamam geyimində: Bu dəfə makiyajla...

Amerikalı, 23 yaşlı məşhur model Bella Hadidin hamam geyimində paylaşdığı fotoları hər zaman böyük izləyici kütləsi tərəfindən maraqla qarşılanıb. O bu ilin yazında da bu tip şəkilləri ilə diqqətləri üzərinə cəmləyə bilmişdi. Onun ehtiraslı fotolarına 1 milyondan artıq bəyənmə gəlib, minlərlə şərh yazılmışdı.

Moda həftəsində çıxış edən model gərgin iş rejimindən sonra dincəlmək üçün "Dior Prestige” spa salonuna getmişdi. Dağınıq saçları və makiyajsız halı ilə ağ dəsmala bürünən seksual Hadid cazibədar və fit bədənini nümayiş etdirmişdi.

Bir milyondan çox bəyənmə toplayan fotolara tərif dolu şərhlər yağdırılıb.

Fələstin əsilli Bella Hədid karantin dövründə çəkdirdiyi fotolarını yenə paylaşıb.

Adalet.az xəbər verir ki "İnstagram" səhifəsində paylaşılan şəkillərdə üzündə qrim olan supermodel yataq otağında hamam dəsmalına bürünərək poz verib.

"500 gün karantin, 19 May. Özümü tamamilə faydasız hiss etdiyim günlərin birində üzümə qrim çəkmişdim. Bəlkə də, sonra bunları sildim", - deyə fotolarını şərh edən Hədid makiyaj üçün "Dior" kosmetik məhsullarından istifadə etdiyini də qeyd edib.

Qeyd edək ki, Hadid karantin dövrü ərzində kamera qarşısına keçərək yarıçılpaq fotolar çəkdirib. Modelin həmin fotoları şəxsi "İnstagram" səhifəsində 2 milyon nəfər sosial şəbəkə izləyicisi tərəfindən bəyənilib.


Əntiqə Rəşid