adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 Avqust 2020 12:42
22947
DÜNYA
A- A+

Dövlət Departamenti Rusiyanın dezinformasiya sisteminə qarşı

ABŞ Dövlət Departamenti "Rusiyanın dezinformasiya və təbliğar ekosistemləri" ilə bağlı məruzə yayımlayıb. RİA Novostinin məlumatına görə məruzədə "Rusiyanın təbliğat konsepsiyası"- Rusiya Kütləvi İnformasiya Vasitələrinin apardığı təbliğatın dövlət tərəfindən maliyələşdirilməsi və təyin edilməsi sistemləşdirilib.

"Rusiyanın dezinformasiya və təbliğat ekosistemi - rəsmi, idarə olunan və atributlaşdırılmamış kommunal kanallar və platformaların məcmusundan ibarətdir ki, Rusiya bundan yalnış məlumatların və yalanların hazırlanmasında istifadə edir. Bu ekosistem 5 əsas dayaqdan ibarətdir: rəsmi dövlət kommynikasiyaları, dövlət tərəfindən maliyələşdirilən qlobal yayım, əlaltı resusurların yetişdirilməsi, kiberməkanda sosial şəbəkələrdən silah kimi istifadə etməklə dezinformasiyalar yaymaq. Kreml bu taktika və platformalardan silah kimi istigadə etməklə , proqramlarının həyata keçirilməsində birbaşa məsuliyyət daşıyır."- deyə məruzədə bildirilir.

Məruzədə dezinformasiya yayan "1-ci kanal", "RT", "Rocciya24", "Sputnik", RİA Novosti" və s. KİV-lərin adları çəkilir.

"Rusiyanın tədbiq eydiyi ekosistem oponentsiz qalmamalıdı. Bütün dünyada ona qarşı bu taktikanı qəbul eymək istəməyən vətəndaş cəmiyyəti, alimlər, mətbiuat dayanmalədı. Dövlət Departamentinin hazırldığı məruzə birgə mübarizənin gücləndirilməsinə töhvə verəcək"- deyə məruzədə bildirilir.
ABŞ -ın Dövlət Departamenti 2021-ci ilin dövlət büdcəsindən "Rusiyanın dezinformasiya və təbliğatına" qarşı mübatizə aparılması üçün 138 milyon dollar ayrılmasını istəyir.

Hazırda Birləşmiş Ştatlatda xarici yayımlar üçün "Amerikanın səsi", "Azadlıq", "Azad Avropa" kimi dövlət agentlikləri fəaliyyət göstərir. 2018-ci ildən ABŞ Qlobal KİV-lər Agentliyi adlanan bu yayımlar tam olaraq dövlət büdcəsindən maliyələşir, 2017 - ci il xərcləri 748 milyon dollar təşkil edib.

Rüstəm Hacıyev