adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Avqust 2020 12:11
22443
SİYASƏT
A- A+

Siyavuş Novruzov: Naxçıvana ayrılan dotasiya artırılmalıdır

Naxçıvana əlavə 1,3 milyon vəsait ayrılıb. Bu çox azdır və buna yenidən baxılmalı, artırılmalıdır. Naxçıvana ayrılan dotasiya artırılmalıdır.

Adalet.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Naxçıvanın demək olar ki, bir tərəfi Ermənistanla sərhəddi.

S.Novruzov qeyd edib ki, bu gün Ermənistanın ən çox qorxduğu Əlahiddə Ümumqoşun Ordusudur.