adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
06 Avqust 2020 10:58
20946
DÜNYA
A- A+

Beyrutda baş vermiş partlayışda ölənlərin sayı 135-ə çatıb - VİDEO

Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında yerləşən Beyrut limanında baş vermişpartlayışda ölənlərin sayı artıb.

Baku TV-nin məlumatına görə, Livanın Səhiyyə naziri Həməd Həsən bildirib ki, partlayış 135 nəfərin həyatına son qoyub, beşminə yaxın insan yaralanıb, onlarla insan itkin düşüb.

Partlayışın ölkəyə vurduğu maddi ziyanın məbləği də açıqlanıb.

Beyrut şəhərinin qubernatoru Mərvan Abbud açıqlamasında qeyd edib ki, partlayışın vurduğu maddi ziyan elan ediləndən daha çox ola bilər. Dəyən ziyanın 15 milyard ABŞ dollarına qədər olma ehtimalı var.

Qeyd edək ki, avqustun 4-də Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında yerləşən Beyrut limanında güclü partlayış baş verib.

Hadisə ilə bağlı Beyrutda ikihəftəlik fövqəladə vəziyyət elan edilib.