adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
05 Avqust 2020 21:27
49241
KRİMİNAL
A- A+

Bakıda onlayn narkotik satan şəxs saxlanılıb - VİDEO

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı Salyan rayonunun sakini Nicat Nuriyevtutulub.

Onun üzərində şəxs axtarış aparılan zaman 116 qramheroin və 6 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma zamanı Nicat Nuriyevin narkotik vasitələri onlayn yolla tanımadığı, şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədilə aldığı məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinə başlanılıb, Nicat Nuriyev tutularaq istintaqa təqdim olunub.Zəruri istintaq vəəməliyyat-axtarış tədbirləri davam etdirilir.