adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Avqust 2020 20:37
22180
DÜNYA
A- A+

Dəhşətli partlayışdan sonra Beyrutda “qiyamət günü” - VİDEO

Avqustun 4-də Livanın paytaxtı Beyrutda limanda ammonium selitrin partlayışı nəticəsində 100-dən çox adam həyatını itirib.

"Meduza” xəbər verir ki, 2,2 kiloton TNT ekvivalenti olan partlayış limanın yaxınlığındakı binaları dağıdıb; iki kilometr radiusda olan evlərdə pəncərələri sındırıb.

Hökumətə dəyən ümumi zərər üç milyard dollardan beş milyard dollara qədər qiymətləndirilir.

Fəlakət zonası elan edilən Beyrutda iki həftə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

"Reuters”, AP, EPA, AFP kimi beynəlxalq media agentlikləri hadisə yerindən fotolar təqdim edir.