adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
05 Avqust 2020 13:13
193758
ŞOU-BİZNES
A- A+

Mina Hüseyn alt paltarında video paylaşdı: Tənqid və təhqirlərə məruz qaldı...

Tez-tez açıq-saçıq fotoları ilə gündəmə gələn müğənni Mina Hüseyn hər dəfə də maraqlı açıqlama verib.

Məsələn ARB TV-nin "Ona qalsa” verilişinin növbəti qonağı olarkən ifaçı ailə üzvlərinin hər zaman onu dəstəklədiyini bildirib:"Hamı qəşəng olmağımdan və geyimlərimdən danışır(gülür).Yeddi il sənətimə fasilə verdim. Bu müddət ərzində musiqi ilə deyil, aktrisalıqla məşğul oldum. Türkiyədə"Son məktub” adlı bədii filmə çəkildim”.

Müğənni qardaşlarının ona dəstək olduqlarını da bildirib:

"İki qardaşım var. Onlar Maykl Ceksonun mahnılarını çox sevirlər. Qardaşlarım mənə hər zaman dəstək olublar. Britni Spirsin konsertlərini göndərərək, deyirlər ki, səni belə görmək istəyirik”.



Bir sözlə qardaşlarından açıq – saçıq geynməyin icazəsini alan müğənni Mina sosial şəbəkə hesabında yeni bir video paylaşıb.

Adalet.xəbər verir ki, ifaçı instaqram hesabının hekayə bölməsində alt paltarında olan görüntülərini yayıb. Mina Hüseyn bu görüntülərə görə böyük tənqidlə qarşılaşıb.

Qeyd edək ki, əvvəllər müğənni Mina Hüseyn onu geyiminə görə tənqid edənlərə belə cavab verib: "Məncə, abır onların düşüncəsi ilə seçilir, yazdığı söyüşlərlə, nalayiq sözlərlə ölçülür. Abırsız kimlərdir, görünür. Məncə, abırsız onların özüdür".

Əntiqə Rəşid