adalet.az header logo
  • Bakı 16°C
05 Avqust 2020 11:32
27528
SİYASƏT
A- A+

Komitə sədri: Son iki ayın təhlilləri göstərir ki, kifayət qədər ehtiyatlı olmalıyıq

Yeni növ koronavirus infeksiyasının (COVİD-19) dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub. Pandemiya Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib.

Adalet.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən növbədənkənar iclasında deyib.

O qeyd edib ki, istər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib:

"Son iki ayın təhlilləri göstərir ki, biz kifayət qədər ehtiyatlı olmalıyıq. Ona görə də ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsi hazırlandı və sənəddə sosial xərclərə böyük önəm verilməsi, heç bir sosial paketin ixtisar olunmaması tövsiyə edildi".

Nicat Novruzoğlu