adalet.az header logo
  • Bakı 20°C
05 Avqust 2020 11:31
32162
SİYASƏT
A- A+

Milli Məclisdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

İclası Milli Məclisin spikeri Sahibə Qafarova açıq elan edib.

Adalet.az-ın məlumatına görə, iclasın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

X X X


Milli Məclisin növbədənkənar iclası keçirilir.

Adalet.az-ın məlumatına görə, iclasın gündəliyinə 6 məsələ daxil edilib.

İclasda "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında”, "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, "Məşğulluq haqqında”, "İşsizlikdən sığorta haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihələri müzakirə ediləcək.