adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Avqust 2020 21:08
28933
SİYASƏT
A- A+

Monteneqro Azərbaycanı epidemioloji baxımdan təhlükəsiz ölkələr siyahısına daxil edib

Monteneqro hökuməti nəzdində Milli Koordinasiya Şurası Azərbaycanı və Rusiyanı epidemioloji baxımdan təhlükəsiz ölkələrin "yaşıl” siyahısına daxil edib.

Trend-in məlumatına görə, bu barədə Çernoqoriya hökumətinin bəyanatında deyilir.

Məlumata əsasən, yaşıl siyahıda olan ölkələrin vətəndaşları Monteneqroya hər hansı bir əlavə şərt olmadan daxil ola bilər.

Monteneqro hökumətinin koronavirus pandemiyası ilə bağlı vəziyyətdən asılı olaraq ölkələrin "sarı” və "qırmızı” siyahısı da mövcuddur.