adalet.az header logo
  • Bakı 18°C
04 Avqust 2020 20:44
17203
HADİSƏ
A- A+

Çində 380 min nəfər təxliyyə edildi

Çinin şərqindəki əyalət və şəhərlərdən Haqupit qasırğası səbəbindən 381 375 nəfər təxliyyə edilib.

"Anadolu” agentliyi Çin Milli Meteoroloji Mərkəzinin verdiyi açıqlamaya əsasən xəbər verir ki, Haqupit qasırğası saatda 90 kilometr sürətlə əsən küləyə və leysan yağışlarına səbəb olub.

Buna görəinsanlar Çıçianq bölgəsindəki təhlükəsiz yerlərə təxliyyə ediliblər. Bundan əlavə, qatar xidmətləri və tikinti işləri dayandırılıb. Balıqçı qayıqları sahilə çəkilib.

Qasırğanın gün ərzində Şanxayda leysan yağışlarına səbəb olacağı gözlənilir.

Ölkədə keçən ildən fərqli olaraq, daşqınların təsiri bu il qasırğa və leysan səbəbindən daha çox hiss olunur.

Çində iyun ayından bəri baş verən sel fəlakətlərində 141 nəfər həyatını itirib və ya itkin düşüb. Daşqınlar səbəbindən 24 əyalətdə ikimilyon insan evini tərk etmək məcburiyyətində qalıb.

Daşqınların iqtisadiyyata yeddimilyard dollar ziyan vurduğu təxmin edilir.