adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Avqust 2020 20:20
47091
KRİMİNAL
A- A+

Narkotik asılılığı olan Bakı sakini qonşusunun evindən oğurluq etdi - VİDEO

Abşeron rayonununMasazır qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birindən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilirki, naməlum şəxs evin ikinci mərtəbəsində pəncərəni sındıraraq, içəri daxil olub və oradan televizor, tozsoran, qızıl-zinət və digər məişət əşyalarını oğurlayıb.

Zərərçəkən hadisə barədə Abşeron Rayon Polis İdarəsinə məlumat verən kimi oğurluğu törədən şəxsin axtarışlarına başlanılıb.

Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Əvəz Məmmədov saxlanılıb. O, ifadəsində qeyd edilən məzilin sahibi ilə qonşu olduğunu və narkotik vasitələrə olan asılılığı səbəbindən oğurluq etdiyini bildirib.

Əvəz Məmmədov barəsində Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinə başlanılıb, istintaq tədbirləri davam etdirilir.