adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Avqust 2020 19:46
22949
DÜNYA
A- A+

Misirdən İlon Maskın piramidaların yadplanetlilər tərəfindən inşa edilməsi iddiasına cavab

İlon Mask qədim misirlilərin qabiliyyətlərini şübhə altına alıb. "SpaceX” və "Tesla” şirkətlərinin rəhbəri Böyük piramidaların yadplanetlilər tərəfindən yaradıldığı fikrini irəli sürüb.

O, bu barədə "Twitter” hesabında yazıb.

TASS xəbər verir ki, fironların vətənində dərhal məsələyə reaksiya verilib.

"Sizi və "SpaceX”i piramidaların necə qurulduğunu araşdırmağa, eləcə də, piramida qurucularının məzarlarını görməyə dəvət edirəm. Cənab Mask, sizi gözləyirik!”, - deyəMisirin Beynəlxalq Əməkdaşlıq naziri Rania əl-Məşat amerikalı iş adamına müraciət edib.

Qədim Misir arxeoloqu və tarixçisiZahi Havas İ.Maskın açıqlamasını "hallüsinasiya” adlandırıb.

Oqeyd edib ki, Böyük piramidanın daxilində piramida qurucuları haqqında yazılar var:

"Mən onları inşa edənlərin məzarlarını tapdım. Orada deyilir ki, bu insanlar misirlilər olub, qul olmayıblar. Böyük piramidaların ətrafındakı bütün qəbirlərdə Xeops ehramı və fironun özü xatırlanır”.