adalet.az header logo
  • Bakı 20°C
04 Avqust 2020 15:21
12405
MƏMLƏKƏT
A- A+

Karantində ziyarətgaha getmək baha başa gəldi - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin qayda və tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı bir qrup şəxsin toplaşaraq, rayon ərazisində yerləşən ziyarətgaha getməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundanverilən məlumata görə, 20 nəfər karantin qaydalarını pozduqları üçün Polis Şöbəsinə dəvət olunub. 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib, onlar cərimə olunublar.