Erkin Qədirlinin borcu - Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
101137 | 2020-08-04 14:37

Hesabat yaxşı şeydi. Məncə hər kəs başqasına hesabat verməsə də özü özünəhesabat verir. Əlini atır cibinə, görür ki, cibində məsələn, 20 manat qalıb.Amma səhər cibində 200 manat var idi. Başlayır daxilində cibi ilə hesab-kitabaparmağa. Buna "otçot-uçot” da deyirlər. Yəni 180 manatı bu gün hara xərclədim. Vay o haldan ki, o 180 manatı hara xərclədiyinin5 manatını tapa bilməyəsən. Qalırsan qıvrıla-qıvrıla ki, bu 5-lik hara getdi. Ovaxt sərinləyirsən ki, yaddaşının dərinliyindən o 5-liyi hara xərclədiyinitapırsan. Ürəyin üstünə gəlir. Bilirsən ki, xərcləmisən, itirməmisən.

Mən özümün özümə hesabat verməyimdənbaşqa kiminsə mənə hesabat verdiyini görməmişəm. Heç mən də kiməsə hesabat verməmişəm.

Amma söhbət məndən getmir.

Ümumiyyətlə, kiminsə digərinə gəlir və xərcləri barədə məlumatverməsini görməmişəm. Bəlkə hansı məmursa nə vaxtsa qazandıqları barədə hesabat verib?

Elə gedib gəlib yapışırıq məmurlardan.Ümumi sözdür o üzdən.

O qədər məmur olmayan, 300-400manat maaşla özünə dünya quranlar var ki. Nə vaxt biri hesabat verib?

Amma deputat Erkin Qədirli özününmaliyyə hesabatını açıqladı: "Mart-avqust aylarında (maaş + bayram payları+ məzuniyyət haqqı) təxminən 20 min manat almışam. Ortalama, aya 3.3 min manat alınır.Maaşdan başqa gəlirim yoxdur.

Xərclərim:- 1) 4,000 (çeşidli xeyriyyəişləri - heç birisi hökumətin təşəbbüsü və ya kommersiya layihəsi olmayıb);


2) 2,400 (anamın evində təmir işləri);


3) 1,500 (maşınımı bir neçə dəfə təmirə aparmalı oldum - 13 il sürürəm onu, istər-istəməzorasını-burasını düzəltmək lazım gəlir);


4) 1,000 (saytın qurulmasına verdim - hələ açmamışam);


5) başqa xərclər (komunal, benzin, çeşidli xəbər və analitik saytlarda abunəhaqları, ərzaq və s.)

Hesabat dövründə heç bir əmlakəldə etməmişəm. Yalnız,doğum günümdə dostlar Çin istehsalı olan 1 smartfon (Xiaomi), 1 kostyum, 1 köynəkvə 1 qalstuk bağışlayıblar. Bunları söylədiyim anda maaş kartımda 9,860 manat59 qəpik qalır.

Nə gözəl. Maskanın dəb olduğubir vaxtda hesabatını maskalamayıb - qəpiyə qəpik.

Di gəl, oxuyursan ki,maskalanmış qəpişniklər hərə bu hesabata bir vedrə qoşur. Ucuz, mənasız və məntiqsizdanqa-duruq bürüyüb sosialı. Birisi lağ edir, birisi borc istəyir, birisi şübhəyaradır,birisi 59 qəpiyə gülür, birisinömrə atır və.s.

Bu hesabatı başqalarının dagözünə soxub onlardan da hesabat tələb etməkdənsə, söhbəti cılızlaşdırıb eləgünə qoyublar ki, yəqin ki, Erkin müəllim öz-özünə fikirləşir ki, mənə lazımidi kartımın hesabatını bunlara vermək. Hələ bəlkə deputat həmkarları da onuqınayıblar ki, sənə lazım idi bu hesabat?! Di, bunların ağzını yığ görüm?! Bizidə oyuna saldın özünü də.

Bax, beləcə bu hesabatla Erkinmüəllim düşüb çətin bir duruma. Hesabat verdikləri bir tərəfdən, hesabat verməyəborclu olanlar bir tərəfdən.

Amma yəqin deputat çıxış yolutapar. Hələ kartında pulu var. Bəlkə də sizlərə borc olsun deyib bir də gəlir vəxərclərini hesablatmaz. Qalarsınız 59 qəpik kimi.

TƏQVİM / ARXİV