adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 Avqust 2020 13:21
16512
DÜNYA
A- A+

Putinin Afrika planı

"Prezident Putinin Afrika ilə bağlı xüsusi əhəmiyyətli məsələ planı". Almaniya Fedarativ Respublikası Xarici işlər Nazirliyinin ( VS kateqoriyalı- tam məxvi) konfidensial sənədi bu cümlələrlə başlayır. Bu sənəd "Rusiyanın Afrikada yeni ambisiyalarını" özündə əks etdirən və Rusiya rəhbərliyinin bu kontinentdə şübhəli planlarını açıqlayır. "Bild" mətbu orqanı bu sənədin 2019-cu ilin payızında hazırlanan vacib maddələri barədə yazır.

"Vacib aspektlərdən biri, Rusiyanın Afrikadakı əsasən diktator rejimləri ilə hərbi əməkdaşlıqının genişləndirilməsidi. AFR xarici işlər nazirliyinin əldə etdiyi məlumatlara görə, belə ölkələrin sayı 21-di. "Əvvəllər Rusiya yalnız dörd Afrika ölkəsi ilə hərbi əməkdaşlıq barədə müqavilə imzalamışdı".

Sənəddə bildirilir ki, Kreml müqaviləyə əsasən altı Afrika dövlətində hərbi bazalarını yaratmaq barədə razılaşma əldə edib". Bu ölkələr- Mərkəzi Afrika, Misir, Eritreya, Madaqaskar, Mozambik və Sudandır.

Bundan başqa "rus hərbiçiləri, yarı açıq, yarı gizli bu ölkələrin hərbiçilərinə təlim keçirmək hüququ da əldə edib. Sənəddən görünür ki, təkcə Mərkəzi Afrikada 180 rudiyalı hərbi təlimçi çalışır. Başqa bir sənəddə isə hər il 20 Mali əsgəri Rusiyanın hərbi məktəblərində təhsil alır.

Həmçinin qeyri-qanuni şəkildə "Vaqner" qrupunun muzdluları da bu ölkələrdə əsgərlərə hərbi təlimlər keçirlər.

Alman analitikləri hesab edirlər ki, Kremlin qəddar muzdlularlı afrikan diktatiotlarına "Suriya
timsalı" ilə qarşılaşmamaq üçün "hərbi təcrübələr" öyrədirlər.

Hazırda Afrika kontinentinə ən çox silah satan Rusiyadı ( 37.6 %). ABŞ ( 16%), Fransa (14%), Çin (9%)- deyə sənəddə bildirilir.

Bundan başqa AFR-nin xarici işlər nazirliyi hesab edir ki, Rusiyanın daha bir məqsədi BMT-də öz siyasi maraqlarını müdafiə etmək üçün Afrika dövlətlərinin dəstəyini qazanmaqdı.

Beləliklə Putin hakimiyyətinin kasıb kontinentə marağı aydın görünür.

Rüstəm Hacıyev