adalet.az header logo
  • Bakı 19°C
03 Avqust 2020 23:00
22652
SİYASƏT
A- A+

Partiyam təkbaşına qalib gəlməlidir - Saakaşvili

Gürcüstan Vahid Milli Hərəkat Partiyası seçkidə təkbaşına qalib gəlməlidir.

Axar.azxəbər verir ki, bunu "Mtavari arxi" televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib. O, oktyabrda keçiriləcək seçkidə heç bir partiyanın Vahid Milli Hərəkatla mübarizə aparmaq gücündə olmadığını bildirib:

"Mən fikrim o idi ki, bütün real müxalif qüvvələri birləşdirib, vahid parlament siyahısı hazırlanmalıdır. Onlar bundan imtina etdilər ki, bu da çox pisdir. İndi Vahid Milli Hərəkat onun ümumi siyahı ilə etməsi gərəkdiyini etməlidir. Milli Hərəkat bu seçkidə təkbaşına qalib gəlməlidir və mən əminəm ki, bu, belə də olacaq”.