adalet.az header logo
  • Bakı 7°C
03 Avqust 2020 22:44
17407
DÜNYA
A- A+

ABŞ Şərqi Avropada hərbçilərinin sayını artırır

ABŞ və Polşa hökumətləri Şərqi Avropada əlavə min amerikalı əsgərin yerləşdirilməsi ilə bağlı danışıqları başa çatdırıb.

Axar.azxəbər verir ki, bu barədə Pentaqon rəhbəri Mark Esper deyib.

"Bu razılaşma Rusiyanın Avropaya olan təsirini azaldacaq. Bu həm də NATO-dakı müttəfiqlərimizin narahatlığını aradan qaldıracaq. Alyansın şərq hissəsində iştirakımız daha da güclənəcək.” – bəyanatda deyilir.

Onun sözlərinə görə, hazırda Polşada 4500 Amerika hərbçisi xidmətini davam etdirir.