adalet.az header logo
  • Bakı 7°C
03 Avqust 2020 22:29
15105
HADİSƏ
A- A+

Şəmkirdə top mərmisi tapılıb

Avqustun 3-ü saat 11:10-da Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Şəmkir rayonu, Sabirkənd kəndi ərazisində qazıntı işləri aparılarkən 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Adalet.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Şəmkir Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının Şəmkir Regional Bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib, baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü, 150 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.